METBUAT.AZ

İdman

"Real" bu türk futbolçunu 10 milyona alır -

17 Aprel 2024 10:23

İspaniyanın "Real Madrid" klubu daha bir gənc türk futbolçu ilə maraqlanır.

Metbuat.az türk mediasına istinadən bildirir ki, madridlilər "Trabzonspor" forması geyinən 18 yaşlı qapıçı Onuralp Çevikkan ilə maraqlanırlar. Klubun türk oyunçu üçün 10 milyon avro ödəmək fikrində olduğu deyilir.

Qeyd edək ki, Onuralp Çevikkan "Trabzonspor"a "Altınordu"dan 700 min avroya keçib.


metbuat.az.