18 Aprel 2024 02:04
İspaniyanın “Real Madrid”i Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti”sini penalti seriyasında yenərək turnirin yarımfinalına vəsiqə qazanıb.
Metbuat.az xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Matçda “Real Madrid”dən Rodriqo (12), “şəhərlilər”dən isə De Bröyne (76) fərqlənib. Əsas vaxt bərabərə bitdiyindən (ilk oyunda 3:3 hesablı heç-heçə olub) mübarizə əlavə vaxtda davam edib.
Matçın əlavə vaxtında Pep Qvardiolanın yetirmələrinin nəhəng üstünlüyünə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb. Penalti seriyasında isə madridlilər “Mançester Siti”dən üstün olub – 4:3.