METBUAT.AZ

Siyasət

Real təhlükə var, cavab vermək lazımdır -

2 Aprel 2024 11:23

"Bölgə ölkələri əgər Ermənistanın tamamilə sülhə zidd əməllərinə adekvat cavab verməsə, Azərbaycan özü adekvat cavab verməyə vadar olacaq. Əgər, İran Ermənistan sərhədlərinin təhlükəsizliyinin Qərbin nəzarətinə keçməsinə susqunluq nümayiş etdirəcəksə, o zaman bundan sonra Azərbaycan və Ermənistan arasında baş verəcək hadisələrdə İran tərəfindən verilən bəyanatlar qeyri-ciddi qəbul ediləcək".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. Politoloq düşünür ki, sərhədlər dəyişilməzdir deyənlər sabah Azərbaycan sərhədləri istiqamətində təhlükə olanda susmağı üstün tutacaqlar:

"Hal-hazırda cavab vermək lazımdır, bölgədə real olaraq təhlükə var. Azərbaycan öz sərhədlərini təhlükəyə salmamaq üçün mühüm adekvat hərbi addımlar da ata bilər. Bunu Ermənistan və arxasında olan qüvvələr də bilməlidir. Bu hadisələr bir daha onu göstərir ki, kim kiminlə əslində hansı münasibətdədir.

Ermənistan tərəfindən atılan addım bölgəyə ciddi zərbədir. Paşinyan düşünür ki, bununla Zəngəzuru və Göyçəni öz aləmində qoruyacaq. Eyni zamanda Azərbaycan Ordusu üzərinə hücüm edəcək. Qərb bilsin ki, sərhədyanı ərazilərdə kimin hansı məntəqəyə malik olması ilə bağlı böyük mübahisələr var. O məsələlər müzakirə edilmədən, həllini tapmadan, Ermənistan sərhədləri ilə bağlı fakt vermək qeyri-ciddidir. Bu beynəlxalq hüququn pozulması deməkdir".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.