METBUAT.AZ

Dünya

Rişi Sunakdan İranın İsrailə hücumuna

14 Aprel 2024 02:27

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İranın İsrailə hücumunu qınayıb.

Metbuat.az xəbər verir ki, Baş nazir bu barədə özünün "X" sosial şəbəkə səhifəsində yazıb.

O qeyd edib ki, İran bir daha xaos toxumları səpmək niyyətində olduğunu nümayiş etdirib. Rişi Sunak müttəfiq dövlətlərlə birgə təcili olaraq vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün çalışdığını deyib.

“Böyük Britaniya İsrailin və bütün regional tərəfdaşlarımızın, o cümlədən İordaniya və İraqın təhlükəsizliyini müdafiə etməyə davam edəcək. Müttəfiqlərimizlə yanaşı, biz təcili olaraq vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün çalışırıq. Heç kim daha çox qan tökülməsini istəmir”,- deyə Baş nazir açıqlamasında qeyd edib.


metbuat.az.