METBUAT.AZ

Siyasət

Rusiya Cənubi Qafqazdan tədricən gedir -

18 Aprel 2024 15:34

"Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başlaması radikal müxalifətlə mübarizədə Ermənistanın baş naziri Nikol Paşinyanın əlini gücləndirəcək. Radikal müxalifət Paşinyanın Rusiyanın ziddinə ABŞ və Avropa İttifaqı ilə daha çox yaxınlaşmasını tənqid edir, bunun Ermənistan üçün faydalı olmayacağını bildirirlər".

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.

O bildirib ki, radikal müxalifət Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinə və Qarabağda separatizmə son qoyulmasına rəğmən, İrəvanın Kremllə ittifaqdan uzaqlaşmasının əleyhinədir.

"Rusiya Qarabağı tərk etməyə başladıqdan sonra isə Paşinyan deyəcək ki, “Rusiya ermənilərin təhlükəsizlik təminatçısı rolundan birdəfəlik imtina edib”. Bu durum Paşinyanı Azərbaycanla məsələlərin həllinə həvəsləndirməlidir. Rusiya Cənubi Qafqazdan tədricən gedir, ABŞ və Avropa İttifaqı isə Ermənistana görə Azərbaycanla və Türkiyə ilə qarşıdurmaya getməyəcək. Bunu Paşinyan da anlamamış deyil, Ermənistanın yeganə alternativi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.