26 Aprel 2024 13:22
"Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlıq haqqında arayışlar üçün 40 manat civarında, sürücülük arayışına görə 50 manat müəyyən olunub".
Metbuat.az bildirir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Qiymət fərqi tibbi müayinələrin sayından, ixtisaslı həkim müayinələrindən, laborator müayinələrdən və s. asılıdır”, - o bildirib.