22 Aprel 2024 10:27
Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirinə yekun vurulub.
Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov yarışın son günündə - XIV turda hindistanlı Rameşbabu Praqnanandha ilə qarşılaşıb.
Ağ fiqurlarla oynayan 28 yaşlı qrosmeyster rəqibinə uduzaraq, turniri qələbəsiz başa vurub. O, 3,5 xalla yekun sıralamada sonuncu - 8-ci yeri tutub.
İddiaçılar Turnirində kişilər arasında hindistanlı Dommaracu Qukeş, qadınlar arasında isə çinli Tan Çjunyi (hər ikisi 9 xal) qalib olub.