METBUAT.AZ

Siyasət

Səfirlik təxliyə ilə bağlı məlumatı

3 Aprel 2024 17:30

İsrailin Azərbaycandakı səfirliyi təxliyə barədə məlumatı təkzib edib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

"İsrail səfirliyi təhlükəsizlik məsələlərini şərh etmir. Səfirlik adi rejimdə fəaliyyət göstərməyə davam edir", - deyə diplomatik nümayəndəlikdən vurğulanıb.

Qeyd edək ki, bir qədər əvvəl İran mənbələri bildiriblər ki, İranın Dəməşqdəki konsulluğuna aviazərbəyə mümkün cavabı fonunda İsrail Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə edib.


metbuat.az.