METBUAT.AZ

Ölkə

Şəhid anası vəfat etdi -

9 Aprel 2024 11:29

Vətən müharibəsi şəhidi gizir Faiq Vəlizadənin anası dünyasını dəyişib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, şəhidin anası Göyçək Hacıağayeva Zərdab rayonunda xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Faiq Vəlizadə 2020-ci ilin oktyabrın 17-də Suqovuşan istiqamətindəki döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


metbuat.az.