METBUAT.AZ

Ölkə

"Semka" ləqəbli tiktoker

16 Aprel 2024 16:21

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.


metbuat.az.