METBUAT.AZ

Hadisə

Şəmkirdə usta işlədiyi evdə öldü

9 Aprel 2024 12:05

Şəmkirdə usta işlədiyi evdə ölüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərovun naməlum səbəbdən öldüyü bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

İlkin ehtimala görə, A.Heydərov ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.