METBUAT.AZ

Siyasət

Serbiya Prezidenti COP-29-a dəvət edildi

16 Aprel 2024 21:49

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.


metbuat.az.