METBUAT.AZ

Dünya

Səslərin 99 faizi sayıldı -

1 Aprel 2024 09:12

Türkiyədə bələdiyyə seçkilərində səslərin 99 faizi artıq hesablanıb.

Metbuat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 faizi açılıb.

Bu vaxta qədər ki nəticələrə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birincidir. Hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.

Ankara və İstanbulda CHP namizədləri öndədir. Belə ki, Ankarada Mansur Yavaş 60,29 faizlə, istanbulda Əkrəm İmamoğlu 51,05 faizlə liderdir.

Antalya və İzmir şəhərlərində yenə də CHP lider olub. AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib.

Seçkilərin ilkin nəticəsi Türkiyənin Ali Seçki Komissiyası tərəfindən bu gün elan ediləcək. Lakin artıq bir çox partiya rəhbərləri və namizədlər qələbələrini elan edib və ya məğlub olduqlarını açıqlayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında partiyasının istənilən nəticə əldə etmədiyini bildirib.


metbuat.az.