METBUAT.AZ

Dünya

Şoyqunun müavini saxlanıldı

24 Aprel 2024 03:15

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) ölkənin müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - məlumatda deyilir.


metbuat.az.