1 Aprel 2024 00:31
“Çətinliklər var, problemlər var, lakin biz hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.
Metbuat.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib.
“Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün konstruktiv səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar var. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin demarkasiyası var” - Mirzoyan əlavə edib.