29 Aprel 2024 12:43
“Piyadaya yol verən zaman qəza dayanma, dönmə işıqlarından təşəkkür məqsədi ilə istifadə edilməsinə görə heç bir cərimə yazmaq olmaz”.
Metbuat.az xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, bu, bəzən əlavə diqqət çəkən üsul kimi görünməklə bərabət normal qarşılanmalıdır:
“Qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə cərimə yazılmır və yazıla bilməz. Cərimə yalnız İXM-də göstərilən, özü də təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur və yalnız belə hallarda yazıla bilər”.
Metbuat.az