METBUAT.AZ

İdman

Tanınmış şahmatçının qızı tennis üzrə Azərbaycan çempionu oldu

19 Aprel 2024 01:15

Tanınmış şahmatçı Türkan Məmmədyarovanın qızı İnci Orman tennis üzrə Azərbaycan çempionu olub.

Metbuat.az xəbər verir ki, o, Bakı Tennis Akademiyasında 8-10 yaşlı qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmə idmançı turnirdə bütün rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, İnci Orman 3 ildən çoxdur peşəkar səviyyədə tennislə məşğul olur.


metbuat.az.