9 Aprel 2024 10:22
Malidə son həftələrdə anormal istilər müşahidə edilir, nəticədə ölənlərin sayı 250 nəfərə çatıb.
Metbuat.az BBC-yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi məlumat yayıb. Məlumata görə, təkcə paytaxt Bamakoda 100-dən çox insan ölüb.
Ən yüksək temperatur ölkənin cənub-qərbində qeydə alınıb. Burada havanın hərarəti 48,5 dərəcə təşkil edib. Bu isə Afrika regionu tarixində aprel ayı üçün qeydə alınan ən yüksək göstəricidir.