16 Aprel 2024 16:08
Tərtər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Metbuat.az-ın məlumatına görə, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobillə "BMW" markalı maşının toqquşması nəticəsində sürücülərdən biri, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ölüb. "BMW" markalı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktı Metbuat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı təsdiqləyib.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.