2 Aprel 2024 15:01
Gənc model, istedadlı aktrisa Thoma Schirin 2006-cı ildə Almaniyada anadan olub. Modellik sənayesinə ilk addımlarını 12 yaşında atan Thoma Schirin, eyni zamanda dünyanın 50 ən gözəl uşağından biri seçilir.
O, uğurlu aktrisa kimi “Platzspitzbaby”, “When Hitler stole the pink rabbit”, “Sami, Joe & Ich” filmlərində, “Ein Quäntchen Homeland” üçün reklam çarxlarında çəkilib. Rəqs şouları ilə adından söz etdirən gənc modelin fəaliyyətinin önəmli hissəsi podiumla bağlıdır. O, Monnalisa, Michka Aoki və Michael Lombard kimi dünya şöhrətli markalarla kamera qarşısına keçib.
2020-ci ildə Thoma Schirin Madriddə keçirilən Olga IF layihəsində model kimi iştirak edir. O, 78 müxtəlif millətdən olan 421 modeldən biri idi. Bu statistika Ginnesin Rekordlar Kitabında ikiqat rekord kimi qeydə alınıb.
2023-cü ildə iş həyatına daxil olan gənc xanım, “Schirin Style” moda brendini qurur. Qısa zaman ərzində brend Nyu-York, Paris, Milan və Sürix moda həftələrində podiumlarda təqdim olunub.
Bu müddət ərzində bir sıra titul və mükafatlara layiq görülənThoma Schirin 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Talented Model of The Year” nominasiyasına layiq görülmüşdü.