1 Aprel 2024 04:01
Toyuq əti çox faydalı sayılır. Lakin buna baxmayaraq həkimlər toyuğun bəzi hissələrini yeməməyi tövsiyə edirlər.
Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, endokrinoloq Yelena Ostrovskayanın sözlərinə görə, toyuğun dərisi insan orqanizmi üçün ziyanlıdır. Toyuq dərisi piylə zəngindir ki, bu piy orqanizmdə pis xolesterinin səviyyəsini qaldırır.
Bundan əlavə həkim bildirib ki, toyuğun içalatı da faydalı sayıla bilməz. Bu xüsusilə toyuğun ağciyərinə aiddir. Toyuğun ağciyərində “listeriya” adında bakteriyalar inkişaf edir. Bu bakteriyalar termik emalı zamanı çətinliklə məhv olur.
Həkim Solomatina qeyd edib ki, toyuğun ən faydalı hissəsi filedir.