METBUAT.AZ

İqtisadiyyat

Türk lirəsi bu tarixdə

3 Aprel 2024 11:42

Türk lirəsi dollar qarşısında cüzi dəyər qazanıb.

Metbuat.az xəbər verir ki, bu, martın 31-də keçirilən bələdiyyə seçkilərinin təsiri ilə baş tutub. Belə ki, seçki günü bir dollar 32,4 lirəyə dəyişdirilirdisə, hazırda bu rəqəm 32 nisbətindədir. Martın 31-də 100 dollar almaq üçün 3240 lirə tələb olunurdusa, indi 100 dolların qiyməti 3200 lirədir.

Lakin bu prosesin müvəqqəti olacağı gözlənilir. İqtisadçılar düşünürlər ki, Ramazan bayramı ərəfəsində lirə yenidən ucuzlaşacaq.


metbuat.az.