METBUAT.AZ

Dünya

Türkiyədə çoxmərtəbəli binada yanğın baş verib -

2 Aprel 2024 15:41

Türkiyənin Şişli rayonunda 13 mərtəbəli binada yanğın hadisəsi baş verib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Posta küçəsində olub.

Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin hansı səbəbdən baş verməsi hələki məlum deyil.


metbuat.az.