18 Aprel 2024 21:25
Xəbər verdiyimiz kimi Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb. Zəlzələnin episentri yerin 5,99 kilometr dərinliyində olub. Dağıntılar müşahidə edilib. Xəsarət alanlar barədə məlumat yoxdur.
Yerli media zəlzələnin fəsadlarına dair görüntüləri yayımlayıb.