METBUAT.AZ

İqtisadiyyat

Türkiyədən gətirilən məhsullarla bağlı vacib xəbər -

22 Aprel 2024 16:54

Türkiyədən Azərbaycana gətirilən məhsullar ucuzlaşa bilər.

Metbuat.az xəbər verir ki, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq. 2 gün sonra Milli Məclisdə bununla bağlı sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq. Təsdiq olunduqdan sonra isə qüvvəyə minəcək.

Çünki sahibkar artıq 2 ölkədə deyil, 1 ölkədə vergi ödəyəcək.

Bizim məhsulların Türkiyə bazarında rəqabət qabiliyyəti də artacaq. Ümumilikdə 2 ölkə arasında iqtisadi-ticari əlaqələr daha da yaxşılaşacaq, investisiya qoyuluşları artacaq.

Sahibkarlar üçün əlverişli ticari mühit yaradılacaq.

Bu da sahibkarın vergi yükünü azaldır, şəffaflığı artırır, dövlətlərarası vergi orqanlarının əməkdaşlığının inkişafına şərait yaradır.



metbuat.az.