METBUAT.AZ

Dünya

Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötdü

16 Aprel 2024 21:15

Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O bildirib ki, adambaşına düşən milli gəlir 13 min dollardan çoxdur. Ərdoğanın sözlərinə görə, işsizlik səviyyəsi 8,7 faiz təşkil edib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Nazirlər Kabinetinin iclası keçirilib.


metbuat.az.