16 Aprel 2024 17:06
Aprelin 17-20-də Qırğızıstanın paytaxtı Bişkekdə TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclası keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, “TÜRKPA üzv dövlətlərinin ticarət nümayəndəlikləri: milli iqtisadiyyatın gücləndirilməsi və birgə iqtisadi əməkdaşlığa töhfə” mövzusuna nəsr olunacaq iclasda parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və deputat Ağalar Vəliyev iştirak edəcəklər.
İclasda komissiyanın hesabat məruzəsi layihəsinin, “Ticarət nümayəndəlikləri haqqında” və “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” model qanunların layihələrinin, həmçinin komissiyanın tövsiyə qərarının layihəsinin qəbulu barədə məsələlər müzakirə olunacaq.
Milli Məclisin deputatları komissiyanın işində iştirak edəcək, gündəlikdə duran məsələlərə münasibət bildirəcəklər.