3 Aprel 2024 14:41
Tut ağacından yığılıb qurudularaq istifadə edilən tut yarpaqları dərman bitkiləri sırasındadır. Hər kəs tərəfindən sevilən meyvənin yarpaqlarının sağlamlığa faydaları çoxdur. Tut yarpaqları antioksidantlar, flavonoidlər, taninlər və digər komponentlərlə zəngindir.
Metbuat.az xarici mediaya istinadən tut yarpağının faydalarını təqdim edir:
- Soyuqdəyməyə yaxşı gəlir.
- Güclü antioksidant mənbəyidir.
- Ürək sağlamlığını qoruyur.
- Həm də qızdırma salıcı kimi istifadə olunur.
- Dərinin qocalma prosesini ləngidir.
- Sümükləri gücləndirir.
- Əsəbləri sakitləşdirir.
- Həzm sistemini gücləndirir.
- Saç tökülməsinin qarşısını alır.
-Tut yarpağı çayı keçmişdən bu günə qədər qızdırmanı salan vasitə kimi istifadə edilir.
- Sidikqovucu xüsusiyyətlərə malikdir.
- Qaraciyərdəki toksinləri təmizləyir.
Seyranə Quliyeva / Metbuat.az