METBUAT.AZ

Hadisə

Üçüncü kurs tələbəsi qızılcadan vəfat etdi -

1 Aprel 2024 12:56

Azərbaycanda tələbə qızılcadan vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Kütləvi tətbiqi idman fakültəsinin "Məşqçilik ixtisasının" III kurs tələbəsi Süleymanlı Cavid Telman oğlu qızılcadan dünyasının dəyişib.

"Akademiyanın rəhbərliyi, müəllim və tələbə heyəti tələbəmizin yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyir", - deyə məlumatda bildirilib.


metbuat.az.