17 Aprel 2024 14:38
"Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri kimi ezamiyyətim başa çatır".
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Vladislav Kanevski Azərbaycanda diplomatik missiyasının başa çatması ilə bağlı "Facebook" hesabında qeyd edib.
O qeyd edib ki, bu, suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, sürətlə inkişaf edən bir ölkədə diplomatik həyatımın parlaq, məzmunlu və səmərəli dövrü idi.
"Mən Azərbaycan və burada yaşayan insanlar haqqında çox müsbət təəssüratlarla vətənə qayıdıram. Azərbaycanlılara öz ölkələrinin zəngin tarixini, mədəniyyətini və adət-ənənələrini daha yaxından tanımağa, Azərbaycana rəğbət hissini inkişaf etdirməyə kömək etdiklərinə görə minnətdaram. Azərbaycanlılar, siz çox gözəlsiniz!
Tale mənə Ukraynanın dostları və öz ölkəsinin vətənpərvərləri, əsl peşəkarları ilə ünsiyyət və işləmək fürsəti verdi, onlarla dövlətlərimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirdik, yeni səmərəli ikitərəfli əməkdaşlıq mexanizmləri yaratdıq.
Fəxr edirəm ki, kadensiyam müddətində Ukraynanı Azərbaycanda layiqincə təmsil edən qurumlar yaradıldı və fəaliyyəti təmin edildi, məsələn: Ukrayna Ticarət Evi, Ukraynanın Fəxri Konsulluğu, Ukrayna Mərkəzi.
Mən şadam ki, Ukrayna diasporu ölkənin çoxmillətli mühitində öz milli kimliyini qoruyub saxlamağın qayğısına qalaraq özünü təmizləyərək güclənib.
Sevinirəm ki, Azərbaycanda Ukrayna mərkəzlərinin, mədəni-maarif ocaqlarının coğrafiyası genişlənib.
Səfirliyin Ukraynanın tanıdılması üzrə layihələrinin həyata keçirilməsində, rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalından əziyyət çəkən həmvətənlərimə yardım göstərmək məqsədi ilə könüllü hərəkatlarının təşkilində fəal dəstəyə görə Azərbaycandakı Ukrayna icmasına minnətdaram.
Bu gün Azərbaycanda Ukrayna haqqında daha çox məlumatlıdırlar və dövlətimizə hər cür humanitar və digər yardım göstərən, eyni zamanda Ukraynanın bərpası layihələrində fəal iştirak edən ölkənin informasiya məkanında Rusiyanın təcavüzü və təcavüzkarın törətdiyi cinayətlər haqqında həqiqətin səsi yüksək səslə eşidilir.
Dost Azərbaycanda Ukraynanı təmsil etmək mənim üçün şərəf idi! Buna ailəmin güclü dəstəyi kömək etdi: məni ruhlandıran həyat yoldaşım, anam və oğlum mənə güc və irəli getmək üçün inam verdi. Bütün diplomatik komandamıza xüsusi təşəkkür edirəm!", - deyə səfir əlavə edib.