METBUAT.AZ

İqtisadiyyat

Valyuta hərraclarındakı satış

30 Aprel 2024 18:04

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 459,2 milyon ABŞ dolları məbləğində satış olub.

Metbuat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 623,4 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.


metbuat.az.