METBUAT.AZ

Texnologiya

“WhatsApp”a çoxdan gözlənilən funksiya gəlir -

26 Aprel 2024 09:17

"WhatsApp" mesencerində statuslar üçün yeni funksiya istifadəyə veriləcək.

Metbuat.az xəbər verir ki, növbəti yeniləmələrdə istifadəçilər statuslara sadəcə emoji şəklində reaksiya verə bilməyəcək, həm də onlar haqqında bildirişləri idarə etmək imkanı əldə edəcəklər. Reaksiyalara dair bildirişlər parametrlər bölməsində deaktiv edilə biləcək.

Qeyd olunur ki, bu seçim mesencer istifadəçilərin diqqətinin statuslara reaksiyalar haqqında bildirişlərə daha az yayınmasına imkan verəcək.

Yeniliyin tətbiqin növbəti versiyalarında mövcud olacağı bildirilir.


metbuat.az.