19 Aprel 2024 15:38
“Apple” şirkəti “WhatsApp” və “Threads”i Çindəki “App Store”dan silib.
Metbuat.az RBC-ya istinadən bildirir ki, qərara səbəb Çin hakimiyyətinin tələbi olub. Şirkət Çinin kibertənzimləyicisinin milli təhlükəsizlik baxımından bu proqramların çıxarılmasına göstəriş verdiyini açıqlayıb.
“Facebook”, “Instagram” və “Messenger” isə "Store"də əlçatandır.