METBUAT.AZ

Ölkə

Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

23 Aprel 2024 17:10

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən xəbər verilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm. olub.

Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.


metbuat.az.