METBUAT.AZ

Elm və Təhsil

Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərin nəzərinə

5 Aprel 2024 10:56

Bu gündən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verilir.

Metbuat.az xəbər verir ki, sənəd qəbulu martın 1-dən başlayıb və iyunun 15-dək davam edəcək.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə düyanın nüfuzlu universitetlərdə təhsil almaq üçün müvafiq seçim qaydalarının tələblərinə uyğun olaraq sənədləri uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti mərhələ olan müsahibə mərhələsinə keçid əldə edirlər.

Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun (ARDNF) nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, müvafiq balı toplamış namizəd müsabiqə mərhələsinə keçid alır.

Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə hər il 400 nəfərədək olmaqla ümumilikdə isə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.


metbuat.az.