METBUAT.AZ

İdman

Xavi "Barselona"dan gedəcək

12 Aprel 2024 23:27

"Barselona"nın baş məşqçisi Xavi bu mövsüm başa çatdıqdan sonra Kataloniya klubundan ayrılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə İspan mütəxəssis özü açıqlama verib

O, fikrini dəyişməyəcəyini bildirib: "Mövsümün sonunda klubdan ayrılmaq qərarım dəyişməyəcək. Qəbul etdiyim qərar düzgün qərardır, bu, kluba, futbolçulara, hətta mətbuata, eləcə də mənə və yaxınlarıma sakitlik gətirdi... Və mən öz fikrimi dəyişmirəm", - deyə Xavi bildirib.

Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edir.


metbuat.az.