METBUAT.AZ

İdman

Xavi qalmaq üçün bu oyunçunun transfer edilməsini istəyir

4 Aprel 2024 09:45

"Barselona" rəhbərliyi mövsümün sonunda ayrılacağını açıqlayan Xavi Hernandezi klubda saxlamaq üçün ona təzyiq edir.

Metbuat.az xəbər verir ki, “Barselona” Erlinq Haalandı transfer edərək, Xavini fikrindən daşındırmaq istəyir. İddialara görə, Haaland Xavinin bəyəndiyi futbolçudur. Məlumata görə, bundan əvvəl Xavi rəhbərliyə Haaland transferinin uğurlu olacağını bildirib. “Mundo Deportivo”nun məlumatına görə, “Barselona” 2025-ci ildə Erlinq Haalandı heyətinə qatmaq üçün işə başlayıb.

Qeyd edək ki, norveçli hücumçunun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilə qədər davam edir.


metbuat.az.