18 Aprel 2024 09:45
Mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayan Xavi Hernandezin yerinə klubun keçmiş oyunçusu təyin edilə bilər.
Metbuat.az xəbər verir ki, “Barselona” Rafa Markesi gündəmə gətirib. ESPN-də yayımlanan xəbərə görə, komandanın keçmiş oyunçularından olan Rafa Markes məşqçi postu üçün nəzərdə tutulan şəxslərdən biridir. Klub daxilində Markesə dəstəyin artdığı bildirilib. Onun kluba müvəqqəti baş məşqçi təyin edilməsi nəzərdən keçirilir. Həmçinin Hansi Flik və Tomas Tuçel kimi məşqçilərin də siyahıda olduğu bildirilib.
İddiala edilir ki, "Barselona"nın iqtisadi problemlərə görə, mövsümün sonunda baş məşqçi üçün ciddi xərc çəkmək istəmir.