METBUAT.AZ

Ölkə

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı Baş Plan

17 Aprel 2024 13:27

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı Baş Plan hazırlanacaq.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov deyib.

Rəşad İsmayılov qeyd edib ki, mümkün bütün riskləri sığortalamalıyıq: “Bu məsələ ilə bağlı Azərbaycanın tanıtım layihələri olacaq. Biz eyni zamanda qanun layihəsində sahibkarlar üçün imkanlar yaradırıq”.


metbuat.az.