23 Aprel 2024 14:40
"Yeddi oğul istərəm" filminin aktyorları - Xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov və Əbdül Mahmudov uzun müddətdən sonra bir araya gəliblər.
Metbuat.az xəbər verir ki, onların görüşünə prodüser Vasif Ayan səbəb olub. Aktyorlar film çəkilişindən 54 il sonra görüşüb.
Xatırladaq ki, filmdə Rafiq Əzimov Şahsuvar rolunu, Ənvər Həsənov Cəlal rolunu, Əbdül Mahmudov isə Qasım rolunu canlandırıb.