8 Aprel 2024 12:29
08.04.2024-cü il tarixində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
TƏBİB-dən Metbuat.az-a verilən məlumata görə, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır.Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb.
2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.