METBUAT.AZ

Dünya

"Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək" -

28 Aprel 2024 15:59

Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Zelenskinin prezident kimi legitimliyinin Ukraynada da şübhə altına düşəcəyini söyləyib.

“Mənə elə gəlir ki, Zelenskinin taleyi aydın şəkildə əvvəlcədən müəyyən edilib və çox yaxında elə bir məqam gələcək ki, bir çoxları, o cümlədən Ukraynada onun legitimliyini şübhə altına alacaqlar. İstənilən halda hətta hüquqi baxımdan belə bunu etmək lazım gələcək. O, özünə necəsə haqq qazandırmalı olacaq”, - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.


metbuat.az.