3 Aprel 2024 21:24
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Metbuat.az-ın məlumatına görə, “Zirə” və “Qəbələ” komandaları ilk matçlarını birincilərin evində keçiriblər. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.
Kubokun son qalibi “Qəbələ” 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə ümidini davam etdirib. Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər cütdə ötən gün “Qarabağ” “Neftçi”ni səfərdə 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, mərhələnin cavab matçları aprelin 24-də keçiriləcək.