METBUAT.AZ

Hadisə

18 yaşlı Nahidə evdən buna görə qaçıbmış

25 May 2024 09:30

Cəlilabadda itkin düşən qız Tovuz rayonunda tapılıb.

Metbuat.az bildirir ki, Cəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Nahidə Xəyal Qızı Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib.

O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini bildirib.


metbuat.az.