METBUAT.AZ

Ölkə

30 il sonra azad edilən Qızılhacılı kəndindən

28 May 2024 14:15

Qazax rayonunun 30 ildən sonra işğaldan azad olunan kəndlərinə jurnalistlərin səfəri başlayıb.

Metbuat.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə baş tutan mediatur zaman jurnalistlər Qazaxın işğaldan azad olunan Qızılhacılı kəndində olub.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Azad edilən Qızılhacılı kəndinin ilk görüntülərini təqdim edirik:


metbuat.az.