METBUAT.AZ

Hadisə

33 yaşlı qadının ölümü ilə bağlı

2 May 2024 16:48

Ağcabədidə qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə Ağcabədi rayon prokurorluğunun məlumatında deyilir.

Xəbərə görə, mayın 2-də Ağcabədi rayon sakini 1990-cı il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


metbuat.az.