METBUAT.AZ

Ölkə

4 bağça, 5 məktəb direktoru vəzifəsindən azad edildi

29 May 2024 20:43

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Astara şəhər 3 və 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri, Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru, Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri, Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri, Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru, Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru, Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru və Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib.

Bundan başqa, Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdirinə,Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoruna, həmçinin Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdirinə şiddətli töhmət verilib.

Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru, Lənkəran rayon Xolmili kənd körpələr və Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri, Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin direktoru, Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoruna isə töhmət verilib.

Məumatda Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə, Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoruna və Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoruna yazılı xəbərdarlıq edildiyi qeyd edilib.

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.


metbuat.az.