METBUAT.AZ

Sosial

AA

22 May 2024 12:40

Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. Bu artım ölkədə çörəyin qiymətinə təsir göstərəcək?

Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, çörəyin qiymətində hələki bahalaşma olmayacaq:

"Bahalaşma var, amma ciddi deyil. Ciddi bahalaşma olmadığına görə, çörəyin qiymətinin qalxması gözlənilmir. Amma ciddi bahalaşma olsa, qiymətə təsir edə bilər.

Fevral-mart aylarında çörəyin qiyməti kəskin ucuzlaşmışdı. Mayın əvvəlində bu ucuzlaşma aradan qalxdı. Çünki, çörəyin maya dəyərində təkcə un iştirak eləmir. Burada işçilik, logistik xərclər, digər daşıma xərcləri iştirak edir".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.