13 May 2024 14:13
Elmi araşdırmalara görə, zibil kimi atdığımız yumurta qabığını bir çox işlərdə istifadə etmək olar. Bununla yanaşı, müəyyən edilmişdir ki, yumurta qabığı qişasında olan müxtəlif molekullar artrit ağrısını aradan qaldırmaqla yanaşı, müalicəvi xüsusiyyətlərə də malikdir.
Metbuat.az xarici mediaya istinadən yumurta qabığından müxtəlif vasitələr üçün istifadə etməyin 5 qaydasını təqdim edir.
- Yumurta qabığı torpaqdakı zərərli həşəratlardan qorunmaq üçün istifadə edilə bilər. O, həmçinin torpağın turşuluğunu balanslaşdıraraq bitkilərin daha sağlam böyüməsinə kömək edə bilər.
- Tərkibindəki kalsium, maqnezium və digər minerallar sayəsində təbii gübrə kimi istifadə edilə bilər. Torpaqla qarışdıqda bitkilərin qidalanmasına kömək edir.
- Yumurta qabıqlarını incə doğrayıb təmizləyici material kimi istifadə etmək olar. Xüsusilə lavabo və vanna otağının tıxanmasının açılması üçün təsirli bir üsuldur.
- Yumurta qabığı toz halına salınıb dəriyə qulluq üçün istifadə edilə bilər. Dərini sıxlaşdıran təsirə malik yumurta qabığı maskaları dəriyə qulluq rutininin vazkeçilməz hissəsi ola bilər.
- Üyüdüldükdə və heyvan yeminə qarışdırıldıqda heyvanların sümük və diş sağlamlığını dəstəkləyə bilər. Bundan əlavə, yumurta qabığının tərkibindəki kalsium quşların yumurta qabığının daha möhkəm formalaşmasına kömək edə bilər.