27 May 2024 11:32
"Tozlu hava son 2 gündə əsən cənub-şərq və şərq küləklərinin əsməsi nəticəsidə bizim ərazimizə (səhra zonalarından atmosferin yuxarı qatlarına qaldırılmış, inversiya nəticəsinə yer səthinə enməsi ilə əlaqədar) daxil olmuşdur".
Bunu son günlər müşahidə olunan tozlu hava ilə bağlı Metbuat.az-a danışan ekoloq Mirzəxan Mənsimov deyib. O bildirib ki, belə hava şəraiti nəfəs yolları, ağ ciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox zərərlidir:
"Açıq havada az olmalı, küçədə olarkən tibbi maskadan istifadə olunması tövsiyyə edilir. Qısamüddətli proses olduğu üçün sağlam insanlar üçün heç bir təhlükəsi yoxdur. Bu günki proqnoza görə səhərdən əsməyə başlamış şimal-qərb küləyi havanı təmizləyəcəkdir".
Seyranə Quliyeva / Metbuat.az